22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Teymur Rəcəbov: "Azərbaycanda şahmat məktəbi həmişə güclü olub"
İdman 30.12.2021 386

"Sovet dövründə Azərbaycanda şahmat məktəbi həmişə güclü olub".

'Report'un məlumatına görə, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov keçmiş SSRİ dövründə tanınmış qrossmeysterlərin çoxunun Bakıda anadan olmaları barədə danışarkən deyib.

O bildirib ki, Harri Kasparov da daxil olmaqla, ölkədən hər zaman güclü zəka sahibləri çıxıb: "Kasparov dünya çempionu olanadək Azərbaycanda yaşayıb. O, tarixin ən güclü şahmatçılarından biridir. Düzdür, həmin vaxt milli komandada istedadlı şahmatçılarla bağlı problemlərimiz olub. Amma mən, Şəhriyar Məmmədyarov və Vüqar Haşımov yığmada çıxış edəndə bizim yaxşı kollektivimiz var idi. Dünyanın top komandalarından biri idik. Çünki heyətimizdə reytinqin ilk "onluğ"una daxil olan 3 qrossmeyster var idi".

Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin bundan sonra şahmat tacı uğrunda yalnız iranlı Alireza Firuzca ilə qarşılaşmaq istədiyi barədə səsləndirdiyi fikirlərə də toxunub: "Düşünürəm ki, bu, sadəcə zarafatdır. Karlsen həmin görüşə vəsiqə qazanan istənilən şahmatçı ilə dueldə titulunu qorumağa çalışacaq. Çünki əvvəllər də eyni şeyləri deyirdi. Amma hələ də oynayır".






Starxeber Bizi instagramda izləyin