Avropada təbii qazın qiyməti ucuzlaşıb.
Operativ24.Az xəbər verir ki, Hollandiyanın TTF mərkəzi üzrə yanvar fyuçers müqaviləsinin qiyməti min kubmetr üçün 1134 dollara düşüb.
Gün ərzində qazın qiymətinin ümumi azalması 9%-dən bir qədər çox olub.
Xatırladaq ki, dekabrın 21-də Avropada qazın birja qiyməti tarixdə ilk dəfə olaraq min kubmetr üçün 2000 dollar həddini keçib.