10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib
Sosial 28.12.2021 350

Energetika Nazirliyində kollegiyanın sədri, energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə videokonfrans formatında növbəti kollegiya iclası keçirilib.

İclasın gündəliyi təsdiq edildikdən sonra Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndəsinin paylayıcı elektrik şəbəkələrinin istismar vəziyyətinin yaxşılaşdırılması, təchizatın davamlılığının təmin edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi ilə bağlı görülmüş tədbirlər və qarşıda duran vəzifələr haqqında məruzəsi dinlənilib. Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və iclas iştirakçılarının sualları cavablandırılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu bir daha diqqətə çatdıran kollegiya sədri bu istiqamətdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi üçün tapşırıqlar verib. Agentliyin fəaliyyət istiqamətləri haqqında cəmiyyətin məlumatlandırılması tədbirlərinin intensivləşdirilməsinin vacibliyi qeyd edilib.

İclasda, həmçinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2022-ci il üçün İş Planı” layihəsi nəzərdən keçirilib, rəy və təkliflər səsləndirilib. Təkliflərin layihədə nəzərə alınması şərti ilə İş Planının təsdiq edilməsinə dair qərar qəbul edilib.

İclasda kollegiya üzvləri ilə yanaşı nazirliyin, həmçinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin digər əməkdaşları da iştirak ediblər.






Starxeber Bizi instagramda izləyin