22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
AMKM-nın növbəti çempionatı keçirildi
Sosial 26.12.2021 556


Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən 24 dekabr 2021-ci il tarixində Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illik Yubileyinə həsr edilmiş konfrans və “Təhsil alan Gənc Kulinarların IV Ümumrespublika Çempionatı” keçirilib.

Parkda iştirakçılar tərəfindən Milli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Gül dəstələri qoyulub.

Konfransın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Vətən müharibəsində şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) 30 illik Yubileyi ilə bağlı keçirilən Respublika konfransında Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov tərəfindən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 60 illik Yubileyi ilə bağlı kulinarlar adından təbrik məktub müraciəti səsləndirilib. 

Bundan sonra 21 noyabr tarixdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayevanın AMKM və AMKA ilə bağlı cıxışı səsləndirildi. Konfransda  Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu xanım Bağırova,  Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Məhbubə xanım Tağıyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi Mehriban xanım Məhərrəmova, Azərbaycan Aşpazlar Gildiyası" rəhbəri İlkin bəy Əkbərzadə, Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rzazadə, 44 günlük Vətən müharibəsi qazisi Ruslan Şıxıyev, iş adamı Ağadaim müəllim Ələkbərov və digər qonaqlar çıxış etdilər. Konfransda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Vətəndaşların Sosial Rifahı Naminə İB sədri İradə Rizazadə, Gülçöhrə İsmayılova, restoratorlar Xanlar Kərimov və Mübariz Quliyev Milli Kulinariya Mərkəzinin 30 illiyi münasibətilə, kulinariya sahəsində nailiyyətlərə görə döş nişanı ilə təltif edilib.

Tədbir çərçivəsində Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illiyi münasibəti ilə keçirilən peşə təhsili müəssisələri tələbələrinin kulinariya üzrə IV Respublika çempionatı və sərgi keçirilib.

Bakıda və regionlarda fəaliyyət göstərən peşə təhsili müəssisələrində kulinariya üzrə təhsil alan tələbələrdən ibarət 10-dan çox komanda (Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Abşeron Binə Peşə Liseyi, Lənkəran Peşə Liseyi, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Dəniz Nəqliyyatı, Gəmiqayırmavə Liman işləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (16saylı Bakı Peşə liseyi), Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Ticarət və Xidmət üzrə Gəncə Dövlət PeşəTəhsil (2 saylı Gəncə Peşə Məktəbi), İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (18nömrəli Bakı Peşə Liseyi), Turizm Peşə Məktəbi iştirak edib.

Şərtlərə əsasən hər təhsil müəssisəsinin hazırladığı masalar aşağıdakı mövzular əhatə edib: Zəfər bayramı, Lənkəran UNESKO - nun Dünya Qastronomiya Şəhəridir, Milli Kulinariya Mərkəzinin - 30illik Yubileyi.

Təcrübəli aşpaz və kulinarlardan ibarət münsiflər heyəti tərəfindən 100 ballıq sistem üzrə qiymətləndirmə qaydalarına əsasən qalib komandalar müəyyən olunub.

Müsabiqədə tələbələri müxtəlif nominasiyalar üzrə nəticələr əldə edərək qalib olublar.

Qalib komandalar diplomlar təltif ediliblər.

Lənkəranın UNESKO tərəfindən Dünya Qastronomiya şəhəri elan edilməsi münasibətilə sərgidə Lənkəran milli mətbəx mədəniyyətinə ayrıca geniş yer verilib Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən Lənkəran milli mətbəx mədəniyyətini, incəsənətini təmsil edən güşə hazırlanib.

Tədbirdə Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illiyinə həsr olunmuş məktəblilər arasında “Azərbaycan Milli Mətbəxi” mövzusunda rəsm müsabiqəsinin iştirakçılarının rəsm sərgisi keçirilib.

Tədbir çərçivəsində restoranvə şirkətlər ( Pizza Hat, Manqal steak House, Qələbə Xanlar,Yaban Bulvar, Choco Lama və s.) öz stendləri ilə iştirak ediblər.

Naminasiyalar üzrə qaliblər: 

Zəfər bayramı mövzusu:

I  yer. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

II yer. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

III  yer. Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

III  yer. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 5 № li  Bakı Peşə Məktəbi

Lənkəran UNESKO - nun Dünya Qastronomiya Şəhəridir 

I  yer. Lənkəran Peşə Liseyi 

II  yer. İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi. 

(18 nömrəli Bakı Peşə Liseyi)

II  yer. Lənkəran Dövlət Universiteti

III yer. Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman işləri üzrə Bakı Dövlət Peşə     Təhsil Mərkəzi (16 saylı Bakı Peşə liseyi)

Milli Kulinariya Mərkəzinin - 30illik Yubileyi

I   yer. Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil (2 saylı Gəncə Peşə  Məktəbi)

II  yer. Bakı Turizm Peşə Məktəbi

II   yer. Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

II   yer. Şəki Dövlət Peşə Təhsil Mərkəzi

III   yer. Azərbaycan Dövlət İqtisad Universiteti

III  yer. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 13№  li Bakı Peşə Məktəbi


Konfransla həm bərabər həm də AMKA-nın hesabat seçki konfransı keçirilib.

Seçkidə növbəti 4 il üçün Tahir Əmiraslanov  AMKA-nın Prezidenti seçilib.


 







Starxeber Bizi instagramda izləyin