17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Medvedev İlham Əliyevi təbrik etdi
Siyasət 24.12.2021 185

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal"ın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında çoxşaxəli əməkdaşlığın inkişafına Sizin şəxsi töhfənizi Rusiyada yüksək qiymətləndirirlər.

Əminəm ki, dövlətlərimiz arasında səmərəli qarşılıqlı fəaliyyət bundan sonra da ölkələrimizin xalqlarının rifahı naminə Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə, aktual beynəlxalq və regional məsələlərin uğurlu həllinə şərait yaradacaq.

Sizinlə görüşlərimizi səmimiyyətlə xatırlayıram. Ümidvaram ki, bizim etimada əsaslanan dialoqumuz davam edəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və məsul dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Fürsətdən istifadə edib xanım Mehriban Arif qızına və bütün ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”.






Starxeber Bizi instagramda izləyin