Ağdaş rayonunun Cardam kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü yanıb.
Bu barədə Redaktor.Az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Evə bitişik talvar və tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.