Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Ermənistana səfər edəcək.
Operativ24.Az xəbər verir ki, bu barədə məlumatı KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov açıqlayıb.
Zasın Ermənistana səfəri dekabrın 21-dən 23-nə qədər davam edəcək.
O, ölkəyə səfəri çərçivəsində Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Suren Papikyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla danışıqlar aparacaq.
Qeyd edək ki, KTMT-yə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.//redaktor.az