Türkiyədə sərnişin avtobusu aşıb, ölən və yaralananlar var

Türkiyədə sərnişin avtobusu aşıb.

Redaktor.Az  xəbər verir ki, bu barədə “Habertürk” telekanalı məlumat yayıb.

Qarsın Sarıqamış rayonunda baş verən qəzada azı 6 nəfər ölüb, daha 10 insan yaralanıb.

İğdır-Ankara ekspedisiyasını həyata keçirən sərnişin avtobusunun aşmasına səbəb qar və dumanlı hava şəraiti olub.

Hadisə yerinə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları, polis, təhlükəsizlik və səhiyyə xidmətləri cəlb olunub.


Showxeber Bizi instagramda izləyin



Dünya 19.12.2021 129
Bütün Xəbərlər