22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
4 gündür ki, dünyanın başı üstündə fəlakət dolaşır – ALİMLƏRDƏN SOS
Dünya 17.12.2021 274

Rusiyanın Günəşin rentgen astronomiya üzrə fizika institunun saytında ajiotaj yaradan xəbər yayılıb. Alimlərin müşahidələrinə görə, 4 gündür ki, Günəşdə alışmalar müşahidə olunur.

Operativ24.Az xəbər verir ki, dekabrın 14-də C kateqoriyalı sayılan 34 işartı qeydə alınıb. 17 dekabra keçən gecə daha güclü tutuşma müşahidə olunub. 

Mütəxəssislər vurğulayıb ki, Günəş sisteminin əsas ulduzunun aktivlik indeksi narıncı səviyyəyə qalxıb. Dekabrın 16-dakı alışmadan sonra səmaya kütlə də atılıb. Amma alimlərin qənaətinə görə, Günəşdən qopan tullantılar Yer Planeti tərəfə istiqamətlənməyib. 

Məlumat üçün qeyd edək ki, günəş alışmaları gücünə görə A, B, C, M və X kateqoriyalarına bölünür.

Sözügedən laboratoriyanın səlahiyyətlisi Sergey Kuzinin sözlərinə görə, tutuşmalarda Günəş plazma buludlarını xaricə atır. 2-3 gün sonra isə həmin buludlar Yerdə maqnit qasırğasına səbəb ola bilir. Kiçik qasırğalar enerji sistemlərinin işində xırda fəsadılar yaratdığı haıda, güclü dalğalar qısadalğalı şəbəkə və naviqasiya sisteminə təsir edir.

Həmçinin sənaye sektorunda problem yaradır. 

Noyabrda Kaliforniyadan olan alim bəyan edib ki, güclü günəş alışması irimiqyaslı fəsadlara səbəb ola bilər. Həmçinin də “internet-apokalipsis” qaçılmazdır.//Bizim.Media






Starxeber Bizi instagramda izləyin