Söyüşə görə qonşusunu bıçaqladı

Xaçmazda qonşusunu bıçaqlayan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Xaçmaz rayonunun Xudat şəhər sakini  Mərziyyə Qədiyeva  mübahisə zəminində qonşusu Rasim Səmədovu bıçaqlayıb.

Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki,  M.Qədiyeva əvvəlcə qonşusu Zibeydə Həmrayevanın ona qarşı nalayiq ifadələr işlətməsinə görə onunla mübahisə edib. Daha sonra isə sonuncunun onunla belə rəftarından hiddətlənən  M.Qədiyeva evdən mətbəx bıçağını götürüb Zibeydə Həmrayevanın əri Rasim Səmədovun işlədiyi yerə gedib və hadisəni törədib.
Faktla bağlı araşdırma aparılır.


Showxeber Bizi instagramda izləyin



Kriminal 16.12.2021 426
Bütün Xəbərlər