22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
"Planet parni iz Baku" KVN teatrı 20 yaşını qeyd edir
Mədəniyyət 13.12.2021 147

Dekabrın 13-də Heydər Əliyev Sarayında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin "Planet parni iz Baku" KVN teatrının kollektivi ilə görüşü keçirildi. Görüş kollektivin 20 illik yubileyi münasibətilə təşkil olunmuşdu.

Kollektivi salamlayan Elnur Əliyev əlamətdar yubileylə bağlı mədəniyyət naziri Anar Kərimovun təbriklərini çatdırdı, uğurlar arzuladı.

Mədəniyyət Nazirliyinin qarşıya qoyduğu məqsəd və vəzifələrdən söz açan nazirin birinci müavini yeniliklər barədə çöz açdı. Bildirdi ki, nazirlik tərəfindən yeni strategiya hazırlanır və bu strategiyanın devizlərindən biri də “İnsan mədəniyyətindən kənarda heç nə etmir, çünki insanı insan edən onun mədəniyyətidir” fikridir: “Bu gün mədəniyyət sahəsində hər kəsin qarşısında milli kimliyimizi qorumaq missiyası dayanır. Unutmamalıyıq ki, hər bir millət öz milli dəyərləri ilə dünya ölkələri arasında seçilə bilir. Bu gün 44 günlük müharibədən sonra Qələbə qazanan xalqın nümayəndələri olaraq hər birimiz bu zəfərdə mədəniyyət amilinə də diqqət çəkməliyik. Vətənə sevgi mədəniyyəti, vətənpərvərlik mədəniyyəti bizə bu böyük Qələbəni yaşatdı”.

Elnur Əliyev həmçinin nazirliyin təşəbbüsü ilə həyata keçirilən yeni layihələrdən də söz açdı. Diqqətə çatdırdı ki, yaxın zamanlarda işğaldan azad edilmiş ərazilərdə, həmçinin hərbi hissələrdə teatr tamaşalarının nümayişi nəzərdə tutulub. Teatr cəmiyyətin aynasıdır. Elə bir cəmiyyət yoxdur ki, orada teatra maraq olmasın. Biz teatr sahəsində yeniliklər tətbiq edərək onun populyarlaşdırılmasına zəmin yaratmalıyıq. Bu mənada yaxın 20 ildə “Planet parni iz Baku” KVN teatrının da cəmiyyət üçün faydası az olmayıb. Teatrın tamaşaları hər zaman böyük maraq və sevgi ilə qarşılanıb. Vaxtilə “Parni iz Baku” Şən və Hazırcavablar Klubunun Moskvadakı çıxışları hər azərbaycanlının qəlbini fərəh hissi ilə doldururdu. Onlar Rusiya səhnəsində mədəniyyətimizin müxtəlif janrlarını nümayiş etdirirdilər. Daha sonra bu missiya “Planet parni iz Baku” KVN teatrı tərəfindən davam etdirildi.

Nazirin birinci müavini mədəniyyət sahəsində həyata keçirilən islahatlardan da söz açdı. Azərbaycan Film Komissiyasının fəaliyyəti, yaradıcı sənayelərin təbliği baxımından atılan yeni addım və layihələr haqqında məlumat verdi.

Daha sonra Elnur Əliyev kollektivi təbrik edərək 20 illik fəaliyyətlə əlaqədar Mədəniyyət Nazirliyinin fəxri fərmanını teatrın rəhbəri, Əməkdar artist Tahir İmanova təqdim etdi.

Tahir İmanov Mədəniyyət Nazirliyi tərəfindən göstərilən diqqətə görə minnətdarlığını ifadə etdi. O, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin onların yaradıcılığına hər zaman diqqətlə yanaşdığını qeyd edərək bir müddət əvvəl dövlət başçısının sərəncamı ilə “Planet parni iz Baku” KVN teatrın üzvlərinə verilən “Tərəqqi” medalına görə Prezidentə təşəkkürünü bildirdi.

Tahir İmanov teatrın yaradılmasında xüsusi xidmətləri olan Anar Məmmədxanovun xatirəsini ehtiramla yad edərək onun ənənələrinin kollektiv tərəfindən məsuliyyətlə davam etdirildiyini dedi. Aktyor bu illər ərzində hər bir tamaşanın uğurla baş tutmasında köməyini əsirgəməyən Heydər Əliyev Sarayının kollektivinə də minnətdarlığını dilə gətirdi.

Teatrın üzvü, Əməkdar artist Bəhram Bağırzadə çıxışı zamanı fəaliyyətlərinə göstərilən diqqətə görə ilk növbədə ölkə rəhbərliyinə və Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirdi.

Daha sonra görüş gələcək planlar və perspektivlər, yeni layihələr ətrafında mövzuların müzakirəsi ilə davam etdi.

***

Görüşdən sonra media nümayəndələrinə müsahibə verən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirdi ki, 20 yaşlı kollektivin teatr məkanında özünəməxsus yeri var. Kollektiv hər zaman azərbaycançılıq ideologiyasına sadiq qalıb. Görüşün əhəmiyyətini yüksək qiymətləndirən Elnur Əliyev dedi ki, nazirlik olaraq məqsədimiz odur ki, mədəniyyət sahəsi həm peşəkarlar, həm də investorlar üçün mümkün qədər cəlbedici olsun: “Ən vacibi isə bu sahənin peşəkarlar üçün cəlbedici olmasıdır. Bununla bağlı planlarımızı bölüşdük. İnanıram ki, gələcəkdə bu görüşün nəticələrini görə biləcəyik”.






Starxeber Bizi instagramda izləyin