22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Atam erkən yatmışdı, otağa daxil olanda anamla sevgilimi... - Xəyanət qurbanı qadın danışır
Dünya 12.12.2021 303

Adı və yaşadığı yeri açıqlamayan gənc qadın sevgilisinin ona anası ilə xəyanət etməsindən bəhs edən video yayımlayıb.



Metbuat.az xəbər verir ki, "TikTok" platformasında paylaşılan video günün ən çox müzakirə olunan paylaşımı olub.


Qadın başına gələnləri belə nəql edir: "Sevgilimlə tanış olan zaman mənim 17, onun isə 21 yaşı var idi. Daha sonra sevgilim davamlı olaraq bizə gəlməyə başladı. Atam, anam, mən və sevgilim birlikdə yemək yeyər, çay içərdik. Atam işlədiyi üçün adətən erkən yatardı. Qab-qacağı isə anamla sevgilim birlikdə yuyardılar. Sən demə aralarında o zamandan səmimiyyət yaranıbmış. Günlərin bir günü yenə atam erkən yatmışdı. Birdən yuxarı mərtəbədəki otaqdan inləmə səsi eşitdim. Otağa daxil olanda anamla sevgilimi öpüşərkən yaxaladım. Həmin an beynimdən vurulmuş kimi oldum".

 

Baş verənlərin təsirindən çıxmayan qadın daha bir sarsıdıcı xəbər alıb: "Yaşadığım travma səbəbindən dərman qəbul edirdim. Bu zaman onların 8 aylıq münasibəti olduğunu öyrəndim. Dəhşətə gəldim. Anam və sevgilimi yaxaladığım gecənin ertəsi gün atamın iş yerinə gedərək baş verənləri ona danışdım. Baş verənlərin hesabını soruşmaq üçün atamla evə gəldikdə onlar əşyalarını da götürüb çoxdan qaçmışdılar. Bu yaxınlarda anamla sevgilimin evləndiklərini və övlad sahibi olduqlarını öyrəndim".

 

Qeyd edək ki, qadının başına gələnləri nəql etdiyi video izləyənlərin hiddətinə səbəb olub. Onlar qadına dəstəklərini, anası və sevgilisinə isə təpkilərini ifadə ediblər.






Starxeber Bizi instagramda izləyin