Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar abidəsi ziyarət olunub.
Operativ24.Az xəbər verir ki, mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov, səfirlik və hərbi attaşe aparatının əməkdaşları iştirak ediblər.
Ulu öndərin büstü önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub (report).