22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
3+2 regional formatının hazırlıq görüşü baş tutdu: Gündəlik formalaşdı
Siyasət 11.12.2021 240

"Hazırlıq görüşünün vacibliyi o oldu ki, burada hansı məsələlər üzrə müzakirələr aparılmasının gündəliyi formalaşdı”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Moskvada Türkiyə, Azərbaycan, İran, Ermənistan və Rusiya xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutan görüşdə 3+2 regional formatının təsis edilməsinə münasibət bildirərkən deyib: 


"Bu, deyildiyi kimi hazırlıq görüşü idi. Belə bir format heç vaxt olmayıb. Digər tərəfdən, burada hər bir ölkənin öz marağı var. Bu da normal haldır. Məsələyə həmin maraqların uzlaşdırılması kontekstindən baxsaq, belə görüşlərin keçirilməsi çox vacibdir”. 

Həmsöhbətimiz qeyd edir ki, belə bir format çoxdan formalaşmalı idi, lakin münaqişələr buna maneə olurdu: 

"Regionda həll olunmayan münaqişələrin və çoxlu sayda ziddiyyətlərin olması fonunda bunu həll etmək mümkünsüzdür. Demək olmaz ki, bütün bu ziddiyyətlər artıq yekunlaşıb, münaqişələr həll olunub. Məhz münaqişə səbəbindən Gürcüstan prosesdən kənarda qalıb. Çünki Rusiya onun ərazisində iki qondarma dövlət yaradıb, ərazisinin bəzi hissəsini işğal edib. Bununla belə 44 günlük müharibədən sonra Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq imkanı əldə edib. Bu mənada sözügedən formatın olması vacibdir ki, Ermənistan burada özünü tək hiss etməsin. Onun müttəfiqi Rusiya da prosesdə iştirak edir. Əməkdaşlıq etdiyi İran da qurumda təmsil olunub. Yəni hər bir dövlət burada həm öz iştirakını, həm də maraqlarını təmin edir”. 

Ekspert onu da vurğulayıb ki, təklif olunan layihələrdə kommunikasiyaların açılmasından sonra həyata keçirilməsi nəzərdə tutulan layihələr, demək olar, bütün region ölkələrinin burada iştirakını vacib edir: 

"Ona görə də belə bir formatın olması olduqca vacibdir, təki səmərəli olsun. Azərbaycanın marağı odur ki, nə qədər çox iştirakçı sülh müqaviləsindən, qarşılıqlı ərazi sisteminin tanınmasından, kommunikasiyaların açılması və sərhədlərin tanınmasından danışsa, həmin proseslər daha geniş sürət alar”.

Rüfət Sultan






Starxeber Bizi instagramda izləyin