Ermənistanda hərbçi əsgər yoldaşını güllələyərək öldürüb.
“Report” “Aysor”a istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.
Kimliyi açıqlanmayan əsgərin açdığı atəş nəticəsində 2002-ci il təvəllüdlü Senik Arzumanyan ölüb, daha 2 hərbçi yaralanıb. Hadisənin təfərrüatı araşdırılır.