TƏCİLİ! Azərbaycanın Ermənistana təhvil verdiyi hərbçilər həbs olundu

Ermənistanın hüquq-mühafizə orqanları dekabrın 4-də Azərbaycandan İrəvana təhvil verilən 10 erməni hərbçidən beşini saxlayıb.
 
Operativ24.Az  xəbər verir ki, bu məlumatı "Sputnik Ermənistan"a İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan təsdiqləyib.
"Hazırda ağır nəticələrə səbəb olan hərbi xidmət və döyüş növbətçiliyi qaydalarının pozulması faktı üzrə açılmış cinayət işi çərçivəsində 5 hərbçi saxlanılıb”, - deyə Tadevosyan bildirib.

Onun sözlərinə görə, hərbçilərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib.


//oxu24.com


Showxeber Bizi instagramda izləyin



Dünya 10.12.2021 60
Bütün Xəbərlər