22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Qadın sərnişinlərə əxlaqsız təklif edən 5 TAKSİ SÜRÜCÜSÜ SAXLANILDI
Kriminal 10.12.2021 309

Qadın sərnişinlərə əxlaqsız təkliflər edən 5 taksi sürücüsü saxlanılıb.

DİN-dən verilən məlumata görə, paytaxt ərazisində şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərən bəzi sürücülərin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları barədə sosial şəbəkələrdə videolar yayıldıqdan sonra vətəndaşlardan bu barədə polis orqanlarına şikayətlər daxil olub. Həmin məlumatların monitorinqi aparılıb, əldə edilən nəticələr təhlil edilib və bu sahədə mövcud olan real əməliyyat şəraiti araşdırılıb.

 Müəyyən edilib ki, həqiqətən də taksi fəaliyyəti ilə məşğul olan bəzi şəxslər arasında avtomobilə əyləşən qadınlara qarşı etikadan kənar davranan sürücülərə rast gəlinir. Nəticədə xanım sürücülərə qarşı əxlaqsız təkliflər edən 5 taksi sürücüsü – paytaxt sakinləri Kənan Xəlilov, Elşad Şirinov, Abşeron rayon sakini Nizami Kərimov, Tərtər rayon sakini Elşən Mürsəlzadə və Lerik rayon sakini Şabala Ağayev saxlanılıblar.

Saxlanılan taksi sürücülərindən biri Elşən Mürsəlzadənin üzərindən narkotik vasitə heroin aşkar edildiyindən onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Digər sürücülər isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək inzibati qaydada həbs ediliblər. Xanım sərnişinlərə qarşı əxlaqsız hərəkətlər edən taksi sürücülərinin aşkar edilməsi və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi istiqamətində əməliyyatlar davam etdirilir.







Starxeber Bizi instagramda izləyin