17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Media nümayəndələri üçün "Əlilliyin düzgün dərk edilməsi" mövzusunda təlim keçirilib - FOTO
Sosial 7.12.2021 252

Media nümayəndələri üçün "Əlilliyin düzgün dərk edilməsi" mövzusunda təlim keçirilib - FOTO
“Təəssüf ki, bəzi kütləvi informasiya vasitələrinin əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan insanlar barəsində elə yanlış və ehtiyatsız ifadələr işlədir ki, onlara dəstək vermək əvəzinə əksinə, xeyli dərəcədə inciklik və narazılıq yaradırlar. Onlar həmin kateqoriyaya məxsus olanlar barədə bəhs edərkən bir sıra hallarda “qüsurlu”, “şikəst”, Kor,  şil, kar, eşitmə qüsuru, kar uşaq,  kimi ifadələr işlədirlər…”.


Bu fikirlər “Excelsior” otelində media nümayəndələri üçün keçirilən “Əlilliyin düzgün dərk edilməsi” mövzusunda keçirilən təlimdə səsləndirilib.
 
Təlim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədi ilə maarifləndirici nəşrlərin hazırlanması”  layihəsi çərçivəsində keçirilir.


Layihə rəhbəri  Cəsarət Hüseynzadə açılış nitqində məlumat verib ki, layihənin məqsədi cəmiyyətin diqqətini əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə, sosial problemlərinin həllinə cəlb edilməsinə, onların fiziki, əqli və intellektual potensiallarının üzə çıxarılmasına nail olmaq məqsədilə məlumat və maarifləndirici xarakterli nəşrlərin hazırlanaraq əhali arasında geniş yayılması işinin təşkil edilməsidir. Layihə çərçivəsində əlilliyi olan şəxslərin hüquqlarının təşviq edilməsi və bununla bağlı informasiya mühitinin yaradılması  məqsədilə 3 mövzuda buklet hazırlanıb və 4 maarifləndirici video rolikin hazırlanması nəzərdə tutulub.
 
Eyni zamanda əlilliyi olan istedadlı şəxslərin potensiallarının üzə çıxarılması və təbliğ olunması üçün 3 məqalə -reportaj və  2 video rolik hazırlanmışdır.
 
Layihə dövründə jurnalistlər və jurnalistika fakültəsinin tələbələri üçün əlilliyin düzgün dərk edilməsi mövzusunda 3 təlimin keçiriləcək. Cəsarət Hüseynzadə bildirib ki, media nümayəndələri üçün keçirən təlim isə adından göründüyü kimi əlilliyin düzgün dərk edilməsi ilə medianın əlilliyi olan şəxslərin sosial adaptasiyasında rolunun gücləndirilməsinə xidmət edir.


Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisi Sevinc Cəfərova bildirib ki, həssas sosial qruplar ilə bağlı həyata keçirilən proseslərdə cəmiyyətin bütün sektorunun birgə fəaliyyəti vacibdir.


Təlimdə əlillik və mediada etik standartlar  mövzularında çıxış edən ekspertlər- Müstəqil Həyat Tərzi Əlillərə Dəstək” İctimai Biliyinin sədri, Dünya Əngəllər Birliyinin İdarə Heyətinin üzvü, Əlillik məsələləri üzrə ekspert  Aydın Xəlilov və BDU-nin dosenti Vəfa İsgəndərova jurnalistləri məlumatlandırıblar.
Təlimçi Aydın Xəlilov daha çox cəmiyyətdə əlilliyin dərki ilə bağlı problemin mövcud olduğunu bildirib. O qeyd edib ki, əlilliyi olan insanları çox halda  normal olmayan şəxs kimi, yararlı olmayan şəxs kimi təqdim edirlər. Bu təəssüf doğuran yanlışların aradan qaldırılması üçün jurnalistlər daha həssas davranmalı, sosial mövzuları işıqlandırarkən məlumatlı olmalıdırlar.
 
BDU-nun dosenti Vəfa İsgəndərova isə Mediada etik standartlar mövzusunda təqdimatla çıxış edib.








Starxeber Bizi instagramda izləyin