Rusiyada "Omikron" ştamı aşkarlandı – 2 nəfərdə

Rusiyada ilk dəfə iki nəfərdə koronavirusun "Omikron" ştamı aşkarlanıb.

Operativ24.Az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya İstehlakçılarının və Hüquqlarının Müdafiə və İnsanın rifahı üzrə Nəzarət Federal Xidməti məlumat yayıb.

Bildirilib ki, Cənubi Afrika Respublikasından qayıdan iki pasiyentdə "Omikron" ştamı aşkar edilib.

Məlumata görə, Cənubi Afrika Respublikasından qayıdan daha 10 rusiyalıda COVID-19 aşkar olunub. Onların yoluxduğu virusun ştamı araşdırılır.


Showxeber Bizi instagramda izləyin



Dünya 6.12.2021 209
Bütün Xəbərlər