Elnarənin həyat yoldaşı İTTİHAMLARA CAVAB VERDİ

Dövlət Sərhəd Xidmətinin mayoru Rövşən Cahangirov bu gün sosial şəbəkələrdə yayılan videosuna münasibət bildirib.

Operativ24.Az xəbər verir ki, R. Cahangirov OLAY-a açıqlamasında haqqında yayılan iddiaların doğru olmadığını deyib: 

“Əgər hücum etmişəmsə, kiməsə yumruq atmışamsa, videonu göstərsin. Orada nə ediblər mən bilmirəm. Belə bir video varsa, göstərsinlər”. 

R. Cahangirov onu da qeyd edib ki, sabah mətbuata geniş açıqlama veriləcək. 

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, R. Cahangirovun Baku TV-nin əməkdaşlarına hücum etdiyi iddia edilir.


Showxeber Bizi instagramda izləyin



Maraqlı 2.12.2021 113
Bütün Xəbərlər