10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Gündəlik Bürclər - 30.11.2021
Astralogiya 30.11.2021 386

Qoç
Ehtimal ki, ailə üzvlərinizlə bağlı vacib xəbər alacaqsınız. Qohumlarınızın dəstəyilə çoxdanki planlarınızı reallaşdıra biləcəksiniz. Ancaq gün mübahisəsiz ötüşməyəcək. Bütün vacib qərarları sərbəst versəniz fadasını görərsiniz.

Buğa
Şəxsi həyatda vacib və xoş dəyişikliklər olacaq. Bürcün nümayəndələrini günün hadisələri sevindirəcək. Gün qonaq qəbulu, evdə şənlik keçirmək üçün münasib hesab olunur. “Buğa”lar həvəslə ev işlərilə məşğul olacaq, övladlarına vaxt ayıracaqlar.

Əkizlər
O qədər də ürəkaçan gün deyil. Məqsədə çatmaq şansınız olacaq, amma bu asan başa gəlməyəcək. Yaxınlarla münasibətiniz də qaydasında olmayacaq. Kompromisə getməyi bacarsanız, gün daha uğurlu olar. Şəxsi müstəvidə çoxdankı arzunuza çatacağınız da istisna edilmir.

Xərçəng
Məhsuldar gündür. Əlinizə aldığınız yeni işi uğurla başa vura biləcəksiniz. Ətrafdakıların üzərlərinə düşən işin öhdəsindən heç də həmişə gələ bilməmələri sizi əsəbiləşdirəcək. Ancaq yumor hssi neqativ hallardan çıxmağa yardımçı olacaq.

Şir
Işdə uğur qazanacağınız gözlənilir. Ehtimal ki, ya əmək haqqınız artırılacaq, ya da vəzifəniz yüksələcək. Istənilən sənədlərin imzalanması üçün münasib gündür. Siz həmişəkindən daha tez yorulacaqsınız. Bu, özünü günün ortalarında büruzə verəcək.

Qız
Ehtimal ki, əhəmiyyətli miqdarda gəliriniz olacaq. Bu gün hansısa layihəyə pul yatırtsanız, xeyrini görəcəksiniz. Fəaliyyət dairənizi genişləndirmək imkanı olacaq. Cəlbedicilik qabiliyyətiniz əks cinsin nümayəndlərini sizə qarşı biganə qalmamağa vadar edəcək.

Tərəzi
Müdriyyətlə aranızda mübahisə düşəcəyi ehtimal olunur. Xoşbəxtlikdən siz daha tez güzəştə getməyi bacaracaqsınız. Bu səbəbdən də günün gedişi xoşagəlməz izlər buraxmayacaq. Başınızı işlə yükləməyin, bir az da dost-tanışla söhbət etməyə vaxt ayırın. Son günlər sizi narahat edən məsələləri müzakirə edə bilərsiniz.

Əqrəb
Əlinizə düşən ilk fürsətdə liderlik xüsusiyyətinizi nümayiş etdirəcəksiniz. Bu səbəbdən də tez-tez diqqət mərkəzində olursunuz. Yaxşı olar ki, kifayət qədər tanımadığınız adamlarla ünsiyyətdə olarkən diqqətli olasınız. Onlar sizin enerjinizdən şəxsi məqsədləri üçün istifadə edə bilərlər.

Oxatan
Günün birinci yarısı sakit keçəcək. Qabaqcadan qurduğunuz plan əsasında hərəkət edə biləcəksiniz. Günorta vaxtları mötəbər şəxslərdən biri ilə görüşünüz olacaq. O sizə dayaq duracağını vəd edəcək. Günün ikinci yarısında yaşlı qohumlarla aranızda gərginlik yaşanacaq.

Oğlaq
Bu gün sevdiklərinizə yaxşı münasibət bəsləyəcəksiniz. Gün yaxınlarınızın qayğısına qalmaq baxımından əlverişlidir. Günün ortalarında hökumət orqanlrının nümayəndələrilə əlaqədə olacaqsınız. Axşam əhvalınızın korlanacağı bildirilir.

Dolça
Bu gün sizin istedadınız və ya hansısa bacarığınz diqqət çəkəcək. Kifayət qədər maraqlı tanışlarınız peyda olacaq. Romantik münasibətiniz harmonal inkişaf edəcək. Sevdiyiniz adama qarşı səmimi olmağınız məsləhətdir.

Balıqlar
Işgüzar münasibətlər baxımından məhsuldar gün deyil. Əgər təyin etdiyiniz görüşü təxirə sala bilmirsinizsə, onda bu gün danışığınıza xüsusi diqqət yetirin. Yaxşı olar ki, daxili sakitliyinizi qoruyasınız. Əks halda münaqişədən qaça bilməyəcəksiniz.






Starxeber Bizi instagramda izləyin