29 NOYABR 2021-ci il
Qoç - ciddi problemləri götür-qoy etmək üçün münasib gündür. Situasiyanı analiz etmək, başqalarının nəzərdən qaçırdıqlarını görmək iqtidarındasınız. Vacib işlərlə məşğul olmaq, uzunmüddətli təsiri olan qərarlar vermək olar. Həm öz gücünüzü, həm yaranan şəraiti düzgün qiymətləndirirsiniz.
Gün hüquqi məsələlərin həlli, hüquqşünaslar, məmurlar, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə ünsiyyət üçün münasibdir. Bir çox Qoçlar üzərlərinə müəyyən məsuliyyət götürür, vəd verir və onları sözsüz yerinə yetirirlər.
Buğa - məhsuldar və maraqlı gündür. Bir çox problemləri qeyri-standart yanaşma yolu ilə həll edə bilərsiniz. Cəmiyyətin həyatında, xeyriyyə aksiyalarında iştirak etmək məsləhətlidir. Özünüzə qapanmayın. Hətta ətrafınızdakılarla təmaslar sizə yorucu görünsə belə, sizin ünsiyyətə ehtiyacınız var.
İri alış-veriş etmək olar. Xanım Buğaların bu, yaman xoşuna gələcək: həm qarderoblarını, həm imiclərini yeniləyə bilərlər. Axşam romantik görüş vəd edir, onu unutmaq çətin olacaq.
Əkizlər - bu gündən çox şey gözləməyin. Azacıq da olsa, ciddi maneə ilə rastlaşan kimi başladığınız işləri yarımçıq qoymağa meyllisiniz. Təbiətinizə xas qətiyyət və inad bu gün sizi tərk edib.
Ətrafınızdakılara diqqət edin, işgüzar danışıqlarda şəxsi simpatiyanızı nümayiş etdirməkdən çəkinməyin (təbii ki, qədərində). Ola bilsin ki, məhz yaxşı təəssürat oyatdığınıza görə nüfuzlu bir şəxs sizə dəstək versin.
Xərçəng - yaxşı, asan gündür. Arxayınlaşıb ümumi axına qoşulmaq olar: o, sizi istədiyiniz yerə aparıb çıxaracaq. Əvvəllər aldığınız bilikləriniz və təcrübə köməyinizə gələcək. Vacib qərarları asanlıqla verirsiniz - siz, sadəcə olaraq, intuisiyanızı dinləyirsiniz, onlar da səhvsiz alınır.
Ətrafdakılarla münasibətlər ahəngdardır. Asanlıqla gözəl təəssürat yaradır, insanların rəğbətini qazanırsınız. Yaxın zamanda həyatınızı dəyişə biləcək bir insanla rastlaşa bilərsiniz.
Şir - ciddiləşin, o zaman heyrətamiz nəticələr qazana bilərsiniz. Nailiyyətləriniz inanılmaz ola bilər, ancaq bu zaman gərək xırdalıqları unutmayasınız, başqalarının diqqət yetirmədiklərini görməyə çalışın. Güclü intuisiyanız və fərasətiniz sayəsində düzəldilməsi mümkün olmayan səhvlərdən qaçacaq, yumorun hesabına isə ətrafdakılarla münasibətləri yumşaldacaqsınız.
Kütlə qarşısında çıxışlar və ictimai tədbirlərdə iştirak üçün münasib gündür. Yeni tanışlıqlar xeyrinizədir. Buna baxmayaraq, bu gün rastlaşacağınız insanlar sizdə güclü təəssürat yaratmayacaqlar.
Qız - xoş, asan, maraqlı gündür. Ağlınıza maraqlı fikirlər gəlir və dərhal onlardan yararlanırsınız. Yaradıcı potensialınız çox yüksəkdir. Yeni bir işə başlaya bilərsiniz, uğur qazanacağınıza əmin olun. Ünsiyyət üçün münasib gündür, istənilən xarakterli görüş təyin edə bilərsiniz.
İnsanlarla ünsiyyətdən nəinki zövq alır, həm də bundan yaxşıca yararlanırsınız. Ətrafınızdakılar bundan duyuq düşmürlər və buna görə də aranızda inciklik yaranmır. Uzaqdan vacib xəbərlər ala bilərsiniz. Dəyərli hədiyyələr almağınız da mümkündür.
Tərəzi - heç də düşündüyünüz kimi pis gün deyil. Ciddi nailiyyət və başgicəlləndirici qələbə qazanacağınıza hazırlaşmayın. Çox mümkündür ki, bunların miqyası xırda olacaq, amma kefiniz korlanmayacaq. Qabaqlar böyük həvəslə başladığınız işə marağınız azalır. Bir az fasilə verib istirahət edin.