SON DƏQİQƏ! Azərbaycanda saxlanılan daha 2 erməni qarşı tərəfə TƏHVİL VERDİ

Azərbaycan tərəfi Rusiyanın vasitəçiliyi ilə iki hərbçini Ermənistan tərəfinə təhvil verib.

Operativ24.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hərbçilər Rusiya sülhməramlı kontingentinin komandanlığının köməkliyi ilə Ermənistan tərəfinə təhvil verilib.

Müdafiə Nazirliyi qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək insidentlərin qarşısının alınması istiqamətində səylərin əlaqələndirilməsi məqsədilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı fəaliyyət təmin edilir.


Showxeber Bizi instagramda izləyin



Siyasət 27.11.2021 254
Bütün Xəbərlər