Bu gün SHOWXEBER xəbər səhifəsinin fəaliyyətə başlamasından 8 il ötür.
SHOWXEBER bu müddət ərzində ölkənin ən populyar və etibarlı xəbər səhifələrindən birinə çevrilib.
Xəbər səhifəsi Azərbaycanda və dünyada baş verən maqazin, dəb, tibb, incəsənət və mədəniyyətlə bağlı son xəbərləri işıqlandırır, tanınmış insanlarla müsahibələr yayımlayır.
Geridə qalan illər ərzində səhifə böyük oxucu auditoriyasına yiyələnə bilib. Təsadüfi deyil ki, səhifə hazırda ölkənin ən çox oxunan instagram səhifələri sırasındadır.