“Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında Rusiyanın vasitəçi olması üçün Ermənistan bizə müraciət edib”.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. Onun sözlərinə görə, iki öləkə arasında münasibətlərin normallaşdırılmasında Rusiya maraqlıdır:
“Rusiya bunun üçün addımlar atır. Bu prosesin başlanması regionda ümumi vəziyyətin sağlamlaşmasına, mehriban qonşuluq və etimad müühitinin yaranmasına öz töhfəsini verəcək”.