“Bayraktar”la necə mübarizə aparacağımızı bilmirdik” - Erməni spiker

“Azərbaycan Ordusunun hava üstünlüyü, xüsusən də Türkiyənin “Bayraktar” hücum pilotsuz təyyarələrinin mövcudluğu 2020-ci ilin payızında Dağlıq Qarabağda hərbi əməliyyatların nəticəsini müəyyən edib”.


“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan rusiyalı jurnalistlərlə görüşündə bildirib.

 

“İnsanların sayı ilə bağlı heç bir problemimiz yox idi, əlimizdə olan texnikanın yıxa bilmədiyi “Bayraktar”la necə mübarizə aparacağımızı bilmirdik”, - A.Simonyan qeyd edib.



Showxeber Bizi instagramda izləyin



Siyasət 25.11.2021 307
Bütün Xəbərlər