22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Bakıda tanınmış musiqiçi ilə cinsi əlaqəyə girən azyaşlı qız ŞOK FAKTLARI AÇIQLADI
Kriminal 24.11.2021 393

Bakıda yetkinlik yaşına çatmayan qızla daimi görüşərək cinsi əlaqəyə girən Yevlax rayon sakini, 2002-ci il təvəllüdlü İlkin Qədirov barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqəyə girmə) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.



 


Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə yetkinlik yaşına çatmayan 2005-ci il təvəllüdlü Suada İsmayılovanın (şərti adlı) İlkindən əvvəl və sonra da müxtəlif şəxslərlə cinsi əlaqəyə girməsi, həmin şəxslərlə müxtəlif ünvanlarda görüşməsi məlum olub. Ona qarşı hər hansı zorakılığın olmadığını bildirən azyaşlı qız qanuni nümayəndəsinin iştirakı ilə baş vermiş hadisələrlə bağlı bunları deyib:


 


"İlkini 2018-ci il tarixdən tanıyıram, onunla Nərimanov rayonu ərazisində gəzintidə olarkən tanış olmuşam, mənim 2005-ci il təvəllüdlü olduğumu bilirdi. Həm sosial şəbəkə, həm də, mobil telefonla əlaqə saxlayırdıq. İlk əvvəl İlkinlə dost kimi münasibət saxlasam da, sonradan bir-birimizi sevməyə başladıq. Onunla 2 ilə yaxın müddət ərzində əlaqə saxlasam da, həmin müddət ərzində aramızda heç nə olmayıb. Əvvəllər İlkinlə danışan zaman o, mənimlə cinsi əlaqədə olmaq və seksual xarakterli hərəkətlər etmək fikrində olmasını bir neçə dəfə bildirib bunu təklif etsə də, həmişə onun təklifini rədd etmişəm. 27 iyul 2020-ci il tarixdə də mənə kiminsə evində görüşməyi təklif edəndə ilk öncə onun təklifini rədd etdim. Lakin israr etdiyindən onun təklifini qəbul etdim və 1 gün sonra onun tapdığı evdə onunla görüşməyə razılıq verdim. 28 iyulda Nərimanov rayonu, A.Qərib küçəsində yerləşən İlkinin dostu Faiqin kirayə yaşadığı evə getdik və qeyri-təbii yolla cinsi əlaqədə olduq. 06 yanvar 2021-ci il tarixədək dəfələrlə İlkinlə görüşərək cinsi əlaqədə oldum. Bundan başqa İlkinin xahişi ilə tanış olduğumuz müddətdə köməklik etmək məqsədilə ayrı-ayrı vaxtlarda ona ümumilikdə 1000 manata yaxın pul vermişəm".

Məhkəmədə zərərçəkən kimi tanınan və hazırda 16 yaşı olan qız bütün şəxslərlə könüllü cinsi əlaqəyə girdiyini, təqsirləndirilən şəxs olan İlkini sevdiyini və ona qarşı hər hansı tələbinin olmadığını, onun həbs edilməməsini xahiş edib.


İfadə verən Suadanın anası M.İsmayılova qızının qeyd edilən şəxslərlə münasibətinin olduğunu bildiyini, lakin onlarla görüşüb cinsi əlaqəyə girməsindən xəbərsiz olduğunu deyib.


 


Məhkəmə təqsirləndirilən İlkin Qədirovun 1 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilməsinə qərar verib.


///Publika.az











Starxeber Bizi instagramda izləyin