17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Tik-Tok Azərbaycanda qadağan olunmayacaq! Ekspertdən AÇIQLAMA
Maraqlı 22.11.2021 530

“İnstagram” və “Facebook kimi nəhəng sosial şəbəkələrdən sonra 2018-ci ildə Tik- Tok” platforması meydana çıxdı. Sələfləri kimi bu sosial şəbəkənin də yumoristik videolara, qısa mətnlərə xas xüsusiyyətləri var.

Lakin bu sosial şəbəkəni son vaxtlar bir çox ölkələr təhlükəli adlandırılmağa başlayıb. Bira sıra ölkələrdə, həmçinin Azərbaycanda da bu açıq-aşkar sezilir.

Bunu istifadəçilərin özləri də etiraf edirlər. “Tik-tok” dan hətta həddi buluğa çatmayan uşaqlar da istifadə edir. Nəticədə narkotik vasitələri, xuliqanlığı təbliğ edən paylaşımlar həmçinin cinsi azlıqların rahatlıqla nümayiş etdirdikləri həyatları azyaşlılara birbaşa təsir edir.

İndi bəzi ölkələrdəki cəmiyyətlər bu sosial şəbəkənin bağlanması ilə bağlı müzakirələr aparırlar. Bəs görəsən, Azərbaycanda da “Tik-Tok” qadağan oluna bilərmi?

Sualımızı İT məsələləri üzrə ekspert Fərid Pərdəşünas cavabladı. O, Bizim.Media-ya açıqlamasında heç bir qadağanın gözlənilmədiyini bildirdi:

“Heç bir sosial şəbəkə Azərbaycanda bloklanmayıb. “Tik-Tok” da qadağan olunaraq, bloklana bilməz. Məlum məsələyə gəldikdə, doğrudur ki, bəzi paylaşımlar ürək ağrıdır. Lakin bu məsuliyyət birbaşa olaraq paylaşım edən şəxslərə aiddir. Daxili İşlər Nazirliyi narkotik vasitələri təbliğ edən şəxsləri onsuz da cəzalandırır, nəzarətdə saxlayır”.

Həmçinin Fərid Pərdəşünas “Tik-Tok” platformasının müsbət tərəflərinin olduğunu da qeyd edib:

“Digər sosial şəbəkələr kimi “Tik-Tok” da normal platformadır. Sadəcə kontent düzgün deyil. Mən inanıram ki, bu problemlər zamanla aradan qalxacaq. Çünki başlarda “Facebook”, “İnstagram” da da eyni problemlər yaşanıb”.






Starxeber Bizi instagramda izləyin