22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
O dünyanın cənnəti var, bu dünyanın Kəlbəcəri
Sosial 22.11.2021 108


    "Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar"                                                                                                 

                                                                                                       Heydər Əliyev.

     Qartal kimi zirvədə qərar tutan , Azərbaycanın qala qapısı, ağ ciyəri olan cənnətməkan Kəlbəcər rayonu dəniz səvviyəsindən 3616-3724 m hündürlükdə yerləşən ən qədim insan məskənlərindən biridir. 1936 kvadrat kilometr ərazisi, işgaldan əvvəl 60 min əhalisi, 145 kəndi, iki qəsəbəsi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilirdi. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyinxristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. 

         Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır.

     Kəlbəcərdə AlıbəyliZar və b. kəndlərin ərazisində müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngin "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq və mağaralar, Alban kilsəsi,  Qalaboynu , Comərd , Lök, Keşikçi , Xudavəng qalası,  Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı vardı. "Kəlbəcər" toponiminin mənşəyi də qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir.

     Antik dövrün abidəsi olmaqla yanaşı bu yerlər həm də zəngin flora və faunaya malik idi. 9300 hektar ərazisində yerləşən geniş gözoxşayan yaylaqlarında hər il Azərbaycanın onlarla rayonundan 400 mindən çox mal-qara yaylamağa gəlirdi:

                                 Yazda əriş-arğac olar 

                                  Kəlbəcərə gedən yollar.

                                 Yayda örüş –arxac olar.

                                  Kəlbəcərə gedən yollar...

                                                                   Ənvər Rza.

     Təbiətini, yeraltı, yerüstü sərvətlərini, bol mineral sularını  heç nədən əsirgəmədən yaradan ulu Tanrı bu yerlərin insanlarını da dağ qürurlu, qartal baxışlı ,şəlalə suları tək saf yaratməşdır. Sazla sözün vəhdətindən bir qala yaradan Ağdabanlı Qurban, dədəlik zirvəsinə yüksələn Aşıq Şəmşir, Qəmkeş Allahverdi, şair  Bəhmən Vətənoğlu,  Sücaət, şair, peşəkar jurnalist və publisist Məmməd Aslan, alim ,tərcüməçi Ənvər Rza, Adil Cəmil  və onlarla tanınmış elm adamları burada yaşamış və yaratmışdır...

      Bəli. Zəngin təbiəti, mineralları , qızıl, gümüş, civə yataqlarl ilə zəngin olan Kəlbəcər öz rahat , xoşbəxt illərini yaşayarkən gözügötürməyən ,xain ,xəbis ,mənfur qonşumuz yavaş -yavaş ilan kimi ona tərəf sürünürmüş. İllər boyu müxtəlif  nankor əməllərə əl atan erməni silahlı birləşmələri öz havadarlarının köməyi ilə Azərbaycana qarşı təxribatlara əl atdı.  Beş il idi ki, blokada şəraitində işıqsız, qazsız yaşayan dinc Kəlbəcər əhalisi nəhayət , 1993 cü ilin aprelin 2-də işğala məruz qaldı. Şaxtalı havada , ayaqyalın Murov zirvəsini piyada aşan Kəlbəcərlilər dünyada görünməyən əzaba tuş gəldilər. İşğal nəticəsində Kəlbəcərdən 60 min  nəfər adam qovulmuş, 511 dinc əhali öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür. 1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur.

      Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Heç bir xarici qüvvələrin kömək etməyəcəyini görən ədalətli, sülhsevər Azərbaycan xalqı başda  müzəffər ordusu və xalqının sədaqətli oğlu , Ali Baş Komandan İlham Əliyev olmaqla  öz tarixi , əzəli və əbədi torpaqlarının müdafəsinə qərar verdi.   2020 ci ilin sentyabrında verilən ən vacib sərəncamı ilə tarixi ədalətin bərqərar olunması , dünyanın bir münaqişə ocağının sönməsi nəticəsində qamətimiz düzəldi, bir çox yalançı miflər darmadağın edildi, alnı açiq , üzüağ , müzəffər xalqın qalib vətəndaşı kimi yaşamağa başladıq. 

     Noyabrın 25 də isə uzaqgörən rəhbərin səyi, müzəffər ordunun şücaəti, qazilərimizin canı, şəhidlərimizin qanı bahasına  onillərin həsrətiylə çayları qədər göz yaşı tökdüyümüz, sərin sularını, saf havasını,  yaylaq-aran adət ənənəsini xəyallarda yaşatdığımız doğma Kəlbəcərimiz Azərbaycana təhvil verildi. Ali Baş Komandanın sərəncamı ilə 9424 hərbi qulluqçu “ Kəlbəcərin azad olunmasına görə ” medalı ilə təltif olundu. Kəlbəcərin strateji yüksəkliklərinin azad edilməsi düşmən tərəfin istifadə etdiyi nəqliyyat yollarına nəzarəti artırdı, illərlə talan edilən yeraltı-yerüstü sərvətləri, loğman suları öz sahibinə qaytarıldı, gələcəkdə turizmin inkişafına zəmin yaratdı.

    İşğaldan azad olunandan  sonra  birinci xanım Mehriban Əliyeva  ilə birlikdə   Kəlbəcərə səfər edən  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev  ,, Kəlbəcər dünyanın ən gözəl bölgəsidir “ deyərək onu yenidən  abad və gözəl diyara çevirəcəyinə söz verdı. Səgfər zamanı bir çox layihələrlə birlikdə həm də Toğanalı –Kəlbəcər avtomobil yolu üzərində  Murovdağ tunelinin təməlini qoydu. Bu gün artıq bu tunelin 300 metrindən çoxu hazır vəziyyətdədir. 

      Dağların qoynunda xoşbəxt , şən və firavan həyat tərzinin başlanmasına lap az qalıb. Yenə qiz-gəlinli bulaqlar, şəfalı İsti-su öz qonaqlarını gülərüzlə qarşılayacaq. İşgüzar keçən iş həftəsindən sonra istirahətə gələn qonaqlar mənəvi zövq alacaq və bu 44 günlük dastanı yazan şəhidlərimizi  unutmayacaqlar. 

     Təki Vətən sağ olsun ! Yaşasın Azərbaycan!


Adil Həmid,

Şair-publisist 






Starxeber Bizi instagramda izləyin