22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Zəngəzur dəhlizi bu tarixdə işə başlayacaq - SENSASİON İDDİA
Siyasət 22.11.2021 332

"Türk dünyasını quru dəhlizi ilə birləşdirəcək Zəngəzur xətti rəsmən fəaliyyətə başlayır. Xəttin Zəngəzurdan keçən 37 kilometrlik hissəsində problem yaradan İrəvan geri çəkilərək sərhədlərin müəyyən edilməsi ilə dəhlizin açılmasını qəbul edib.


 “Turan yolu” da adlandırılan 165 kilometrlik dəhliz may ayında istifadəyə veriləcək. Magistral yolun açılışından sonra dəmir yolu da inşa olunacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.


“Qəzetimizə məlumat verən Azərbaycanın təhlükəsizlik mənbələri dəhlizlə bağlı qərarın 11 bənddən ibarət 10 noyabr bəyannaməsində yer aldığını, amma İrəvanın bir il ərzində prosesi sabotaj etdiyini bildirib:


“Atəşkəs danışıqlarında Zəngəzur dəhlizi də müzakirə bəndləri arasında yer alıb, onlar xəttin açılmasını rəsmən qəbul ediblər. Lazım olan yolun çəkilməsi və infrastrukturun qurulması ilə dəhliz may aylarında daşımalara başlayacaq”, - qəzet qeyd edib.


Nəşr bildirib ki, Ermənistan tərəfi Zəngəzurdan keçən yol və sərhədlərin dəqiqləşdirilməsi üçün komissiyanın yaradılması qərarını rəsmən qəbul edib: “Zəngəzurun 37 kilometrlik hissəsində təhlükəsizliyi rus hərbçiləri təmin edəcək.


Qəzet vurğulayıb ki, İrəvanın Zəngəzurda gömrük məntəqəsinin yaradılması ilə bağlı təkidli tələbi Azərbaycan tərəfindən rədd olunub:


“Bakı belə bir durumda oxşar addımı Laçında atmaq üçün tərəddüd etməyəcəyini diqqətə çatdırıb.

Ermənilərin Laçın və Kəlbəcər istiqamətindəki son təxribatları yeni dövrün başlanğıcı kimi qiymətləndirilir. Azərbaycan və Ermənistan liderləri dekabrın 15-də Avropa Birliyinin vasitəçiliyi ilə görüşəcək. Diplomatik mənbələr İrəvan və Bakının daha sonra Türkiyə ilə danışıqlar aparacağını bildirir”.






Starxeber Bizi instagramda izləyin