Sosial
20.11.2021
92
Bakı metrosunun "28 May" stansiyasında oğurluq hadisələri baş verib.
Oxu.az bildirir ki, həmin stansiyada Balakən sakini C.Şərifovanın cibindən 430 manatlıq mobil telefon oğurlanıb. Hadisə noyabrın 18-də saat 15:00 radələrində baş verib.
Təxminən 3 saat sonra isə "28 May" stansiyasında Bakı şəhər sakini N.Əliyevanın cibindən telefon oğurlanıb. Hər iki fakt üzrə araşdırma aparılır.