22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
“Ermənistan delimitasiya ilə bağlı məxfi danışıqlar aparır” - Koçaryan
Dünya 19.11.2021 124

“Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı hazırlıq prosesi sıfırdan başlayacaq. Ermənistan artıq Rusiyanın təklifinə razılıq verib”.

Bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik məsələləri üzrə komissiyanın sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü Andranik Koçaryan parlamentdə keçirilən brifinqdə deyib. 

Onun sözlərinə görə, danışıqlar məxfi rejimdə həyata keçirilir. Koçaryan qeyd edib ki, məxfilik son dərəcə zəruridir, çünki məsələ sərhəddə qüvvələr balansına aiddir. “Bu atəş ocaqları meydana gəlsin deyə çox diqqətlə edilməlidir”.

 Buna baxmayaraq, Koçaryan məsələ ilə bağlı əlavə detalları açıqlamayıb. 

Bununla yanaşı, “Vətəndaş müqaviləsi” partiyasının üzvü, xarici məsələlər üzrə Komissiyanın sədri Eduard Ağacanyan bildirib ki, Ermənistan Rusiyaya sərhədin demarkasiyası və delimitasiyası prosesi çərçivəsində işə başlamaq üçün razılıq verdiyi barədə yazılı bildiriş göndərib.

“Texniki məsələlər barədə razılıq əldə olunduqda Ermənistan Komissiya yaratmağa və konkret işlərə başlamağa hazır olacaq. İşlərin məzmunu barədə danışmaq hələ tezdir, biz hazırlıq işlərinin başlamasından danışırıq”, - deyə Ağacanyan əlavə edib.






Starxeber Bizi instagramda izləyin