10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
""Zəfər tarixi" dərsini keçən hər bir şagird işğaldan azad edilmiş ərazilərdə olmalıdır" - Nazir
Sosial 19.11.2021 69

"Artıq "Zəfər tarixi" dərsliyi hazırdır. Bu dərslik əvvəlki illərdə tədris olunan Qarabağ tarixi fakültətiv məşğələsinin ardı kimi tədris ediləcək”.

Operativ24.Az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Zəfər yolu" inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, dərslik növbəti həftələrdən məktəblərə paylanılacaq:

"Zəfər Tarixi" bu tədris ilindən bütün məktəblərdə tədris ediləcək. Bu fənn Azərbaycanın təhsil məzmununda özünəməxsus yer tutacaq. Şagirdlər bu dərslik vasitəsilə Zəfərə necə gəlib çatdığımız barədə məlumatlanacaqlar. Bu dərsliyin hər il yenilənməsi nəzərdə tutulur. Çünki Zəfərdən sonra da Azərbaycan yeni zəfərlər qazanır. Azad olunan ərazilərdəki quruculuq işləri də qələbədir.

"Zəfər tarixi" dərsliyidəki mövzuların təliminin həmin yerlərdə təşkilini çox vacib hesab edirəm. Bu dərsi keçən hər bir şagird Hərbi Qənimətlər Parkında, işğaldan azad edilmiş ərazilərdə olmalıdır. Tədrisi bu formada təşkil etmək daha düzgündür. Nəinki abstrakt formatda uşaqlara bu bilikləri çatdırmaq".






Starxeber Bizi instagramda izləyin