Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 226 nəfər ölüb.
Operativ24.Az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 22 234 nəfər COVID-19 infeksiyasına yoluxub, 29 538 nəfər isə sağalıb.