10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Gələn il bu bürclər İNANILMAZ İŞLƏRƏ imza atacaq - 2022-də bizi NƏLƏR GÖZLƏYİR?
Astralogiya 18.11.2021 130

Rusiyalı astroloq Vera Xubelaşvili 2022-ci ilin astroloji proqnozunu tərtib edib. Astroloqun sözlərinə görə, 2022-ci il əhəmiyyətli dəyişikliklər vəd edir. Xüsusilə Yupiter, Venera, Saturn, Ay, Neptun və Marsın 12 iyunda baş tutacaq paradı əlamətdar astroloji hadisə olacaq. Yeni il sizdən hərəkətlərinizə görə məsuliyyət daşımağı və xüsusi qətiyyət tələb edir. Eyni zamanda bu vaxta qədər çətin görünən işlərdə uğur qazanmaq imkanlarınız çoxalacaq. Məsələn, uzun müddət davam edən yaradıcı bir layihəni həyata keçirə bilərsiniz və ya əvvəllər sizə diqqət yetirmək istəməyən birindən qarşılıqlı münasibət ala bilərsiniz.

SHOWXEBER.AZ  oxucuları 2022-ci ilin astroloji proqnozu ilə tanış edir.

Qoç

2022-ci ildə Qoç böyük həyat dəyişiklikləri ilə üzləşəcək. Karyera yüksəlişi gözləniləndir. Subaylar isə sevgi münasibətlərində ciddi irəliləyişlər əldə edəcək.

Ətrafınızda köməyə, dəstəyə, qayğıya ehtiyacı olan insanlara daha çox diqqət yetirməlisiniz. Qeyri-ciddi hobbilərdən və romantik münasibətlərdən çəkinin. Ümumilikdə, Pələng ili Qoçlar üçün düşərli hesab olunur.

Buğa
Buğa kifayət qədər dinamik həyatla qarşılaşacaq. Köçmək və səyahət ehtimalı yüksəkdir. Bu və digər yeniliklər sabit ev həyatına alışmış Buğa bürcünün nümayəndələrinin ailə həyatına mənfi təsir göstərə bilər.

Eyni zamanda ailəyə yaxşı gəlir gətirmək imkanları artacaq. Ulduzlar işgüzar planda uğur vəd edir.

Əkizlər
Əkizlər gələn ili bu ildən qalan borclarla qarşılaya bilər. Ondan qurtulmaq mümkündürmü? Qara Ayın qüvvədə olduğu 14 aprel tarixinə qədər belə bir şansınız olacaq. Köhnə əlaqələri kəsməyə və azadlıq tapmağa imkan verəcək. Ancaq gözləməyin ki, problemlərinizi ulduzlar özləri həll edəcək. Yerinə yetirməli ciddi öhdəlikləriniz var. İlk növbədə təhsilə daha çox vaxt ayırmalısınız.

Əgər həyatınız üçün düzgün nəticələr çıxara bilsəniz, Pələng ili həyatın demək olar ki, istənilən sahəsində uğur vəd edir. Keçmiş yükün yolunuza girməsinə imkan verməyin.

Xərçəng
Xərçənglər çox parlaq hadisələrlə dolu bir il keçirəcək. Siz dağları yerindən oynatmaq potensialını hiss edəcəksiniz. Həqiqətən də inanılmaz işlərə imza atmaq imkanlarınız çoxdur. Təbii ki, bu, sizin rahatlığınıza təsir edəcək. Təlaş emosional Xərçənglər üçün yaxşı bir müttəfiq deyil. Buna baxmayaraq, bəzən hər şeyi bir kənara atıb biznes məsələləri ilə “boğuşmalı” olacaqsınız.

Daxili balansınızı poza biləcək hər şeyə qarşı müqavimət göstərməyə çalışın. Əgər emosiyaların yükünü harasa atmaq lazımdırsa, yaradıcı işlərdən yapışmaq məntiqli təklifdir.

Şir



Şirlər özlərinə çox tənqidi yanaşmalı və layiq olduqlarından daha çox diqqət tələb etməməlidirlər. Pələng Şirin təkəbbürlü olmadığından əmin olmalıdır. Şir bürcündən olanlar təkəbbürdən əl çəkmədiyi təqdirdə, həyat onları göydən yerə endirməyin bir yolunu tapacaq.


Vicdanlı iş və biznesdə düşünülmüş yanaşma Şir bürcünün nümayəndələrinin müxtəlif sahələrdə uğur qazanmasına imkan verəcək.


Qız


 

Qız bürcündən olanları parlaq, müsbət hadisələrlə dolu və uğurlu bir il gözləyir. Pələng Qız bürclərini himayə edir, odur ki, istənilən vəziyyətdə hər şeyin sizin xeyrinizə olmasını təmin etməyə çalışacaq. Uğur və şans sizin tərəfinizdədir. Buna görə də qarşınıza iddialı məqsədlər qoyun və gerçəkləşdirin.


Çox güman ki, arzularınızın çoxu gerçəkləşəcək, lakin bunun üçün bir az səy göstərməlisiniz.


Tərəzi


2022-ci il sizin üçün cəmiyyətdəki qarşılıqlı əlaqələrlə sıx bağlı olacaq. Bu, ciddi çətinlik yaradacaq. Ulduzların proqnozlarına görə, dələduz insanlar sizdən maksimum dərəcədə istifadə etməyə çalışacaq. Öz məqsədlərinə çatmaq üçün sizi manipulyasiya etməyə çalışacaqlar.


Yaya qədər mükəmməl karyera perspektivləri olacaq. Siz yüksəliş əldə edə və ya həyatınızı əhəmiyyətli dərəcədə yaxşılığa doğru dəyişdirəcək yeni bir iş təklifi ala bilərsiniz.


Əqrəb


2022-ci il Əqrəblər üçün köhnə əlaqələri kəsmək üçün əla vaxtdır. Pis niyyətli insanlardan uzaq durmağın və ünsiyyətdən qaçmağın yollarını axtarın.


Onu da nəzərə almaq lazımdır ki, aprelin 29-dan oktyabrın 8-dək Plutonun Oğlaq bürcündə təsiri indiyə qədər narahatlığa səbəb olan bir çox xoşagəlməz məqamları düzəltməyə imkan verəcək.


Oxatan


Oxatan təkcə güc deyil, həm də enerji axınını hiss edəcək. Pələng ili yaradıcılıqla məşğul olanlar üçün xüsusilə məhsuldar olacaq.


Bir yerdə oturmayın, fərqli işlərlə məşğul olun. Bu, üfüqlərinizi genişləndirməyə və özünüzü - imkanlarınızı daha yaxşı başa düşməyə imkan verəcək. Ən qeyri-real məqsədlərə çatmaq üçün qarşınızda bütün yollar açıqdır. Tam güclə hərəkət etmək və maneələrdən qorxmamaq vacibdir, bütün hallarda siz onları uğurla dəf edəcəksiniz.


Oğlaq


Oğlaqlar 2022-ci ildə planlarını məntiqli şəkildə yekunlaşdıra bilərlər. Əgər yarımçıq işiniz, borclarınız və ya başqa layihələriniz varsa, elə indi tamamlamağa çalışın. Bütün bunları növbəti ilə daşımamaq üçün şansınız yüksəkdir.


Eyni zamanda vacib işlərə başlamaq tövsiyə edilmir. Emosional qərarlar verməyin, impulsla hərəkət etməyin. Pələng ili Oğlaqlardan maksimum təmkin və ehtiyatlılıq tələb edir. Həyatınızı qaydasına salın.


Dolça


Dolça bürcündən olanlar müəyyən ideyaların həyata keçirilməsi üçün geniş imkanlarla əhatə olunacaq. Ancaq bu zahiri bolluğun sizi çaşdırmasına imkan verməyin.


Səma cisimləri Dolça bürcünə ideyalardan birini prioritet seçməyi və bütün mövcud resursları onun həyata keçirilməsinə sərf etməyi tövsiyə edir. Enerji, vaxt və əsəblərə qənaət etmək üçün bu, ən optimal yanaşma olacaq.


Balıq


2022-ci il Balıqlar üçün olduqca əlverişlidir. Bu, Balıqların himayədarı - Neptun planetinin əlverişli yerləşməsi ilə əlaqədardır. Həyatınız əksər sahələrdə yaxşılaşacaq və hər hansı sahədə uğur qazanmaq üçün daha az səy göstərməli olacaqsınız.


Ümumiyyətlə, Balıqlar qarşıdan gələn Pələng ilinin ən şanslı bürcüdür. Özünüz üçün ən iddialı planlar qurun və arzularınızdan bərk yapışın.










Starxeber Bizi instagramda izləyin