AFFA-dan açıqlama: Şəhidimiz keçmiş futbolçu olub

Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Elmin Əlizadə keçmiş futbolçu olub.

Operativ24.Az xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb. 

O, 2013-2016-cı illər ərzində UGİM Mingəçevir komandasının tərkibində milli assosiasiyanın keçirdiyi liqalarda iştirak edib.

"Futbol ictimaiyyəti adından bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin", - AFFA-dan bildirilib.


Showxeber Bizi instagramda izləyin



İdman 17.11.2021 19
Bütün Xəbərlər