“Azərbaycanla sülh sazişi bağlamağa hazırıq” - Paşinyan

“İrəvan Bakıya sülh sazişi bağlamağı təklif edib və edir”.

SHOWNEWS.AZ xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. 

“Biz Azərbaycana sülh sazişi bağlamağı təklif etmişik və edirik də.  ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti də bu sülh sazişinin bağlanmasına yönəlib. Biz tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz sülh sazişinin bağlanmasıdır”, - deyə Paşinyan parlamentdə çıxışında bildirib.


Showxeber Bizi instagramda izləyin



Siyasət 17.11.2021 27
Bütün Xəbərlər