17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Həlak olan hərbçilərin ailə üzvləri mənzillə təmin olunacaq
Sosial 17.11.2021 73

Azərbaycanda həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinə dair tələblər müəyyənləşir.


Operativ24.Az-ın xəbərinə görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, həlak olmuş (vəfat etmiş) hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvləri digər yaşayış sahəsi verilmədən yaşadıqları yaşayış sahələrindən, eləcə də yaşayış sahəsini almağa və ya yaşayış şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxslərin uçotundan çıxarıla bilməzlər və onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi qaydada xüsusi mülkiyyətdə olan yaşayış sahəsi almaq hüququ vardır.

 

Həlak olmuş (vəfat etmiş) hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə kirayəyə götürülmüş sahəsindən istifadə haqqına görə pul kompensasiyasını almaq hüququ vardır. Bu kompensasiya məbləğinin müəyyən edilməsində hərbi qulluqçu həlak olduqdan (vəfat etdikdən) sonra onun həmin nikahdan doğulmuş uşaqları da nəzərə alınır.

Həlak olmuş (vəfat etmiş) hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinin hərbi tibb müəssisələrində və digər müəssisələrdə güzəştli şərtlərlə tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır.

Yuxarıda göstərilən maddələr özü tərəfindən qəsdən törədilmiş cinayət, yaxud narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində vəfat edən hərbi qulluqçuların ailə üzvlərinə şamil edilmir.







Starxeber Bizi instagramda izləyin