22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
"Laçın istiqamətində müəyyən irəliləyişlərimiz var" - AÇIQLAMA
Sosial 16.11.2021 69

"Əməliyyatlar hələ də davam edir. Yəqin ki, düşmənin itkiləri daha da artacaq. Həmin istiqamətlərdə ordumuzun öz sərhədləri çərçivəsində mövqelərini irəli çəkməsi və möhkəmlənməsi gözlənilir. Laçın istiqamətində müəyyən irəliləyişlərimiz var. Lakin bu məlumatlar hələ təsdiqlənməyib". 


Bu sözləri Unikal.org-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Azərbaycanın Ermənistan silahlılarının Laçın rayonu istiqamətində törətdiyi təxribata adekvat cavabı fonunda bildirib. 

"Ermənistanın növbəti dəfə təxribata cəhd etməsi düşmən qüvvələrinin öz yaşamaq hüququndan imtina etməsi kimi dəyərləndirilməlidir. Yəni artıq məhv edilmiş bir ordunun Laçın istiqamətində həm də ağır artilleriyadan növbəti dəfə hücuma cəhd etməsi intihar deməkdir. Ordumuz hazırda adekvat cavab verir, rəsmi olmayan məlumatlara görə, düşmənin günorta saatlarına qədər 6 nəfər hərbçisi əsir olaraq ələ keçirilib, ölü və yaralı olaraq isə 10 nəfərə qədər itkisi olub", - ekspert vurğulayıb.  

Ə.Verdiyev onu da qeyd edib ki, Rusiya və KTMT bu dəfə də Ermənistanın kömək istəyinə cavab verməyəcək:

"Lakin yenə də Rusiyanın məsələyə qarışması, erməni ordusunun qalıqlarını Azərbaycan əsgərinin "caynağından" xilas etmək üçün müəyyən addımlar atması mümkündür. Ona görə də biz bu kimi təzyiqləyə hazır olmalıyıq və hərbi əməliyyatlarımızı heç bir təsir altında heç bir məntiqi olmadan dayandırmalı deyilik. 

Ermənistanın Rusiyanı köməyə çağırması məsələsinə gəlincə, bu, boş addımlardır. Kimdir indi Ermənistana qulaq asan?! KTMT dövlətlərinin yarıdan çoxu Türkdilli Dövlətlər Təşkilatında bizimlə eyni platformada yer alır. Orada səs çoxluğu olmasa heç bir qərar qəbul edilə bilməz". 

Ağarza Elçinoğlu 







Starxeber Bizi instagramda izləyin