22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Pomidor turşusundan zəhərlənən qızın vəziyyəti ağırlaşdı - RƏSMİ
Sosial 16.11.2021 98

Noyabrın 14-də pomidor turşusundan zəhərlənmə ilə "Kliniki Tibbi Mərkəz”ə (KTM) gətirilən 2011-ci il təvəllüdlü Aytac Ricay qızı Mirzəyeva Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına köçürülüb. 

Bu barədə AZXEBER.COM-a KTM-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda reanimasiyada olan A.Mirzəyeva süni nəfəs aparatına qoşulub və vəziyyəti ağır-stabildir. 

Xatırladaq ki, pomidor turşusundan zəhərlənən Füzuli rayon sakinləri Ricay Mirzəyev (ata) və Aytac Mirzəyeva (qız) noyabrın 12-də rayonun mərkəzi xəstəxanasına yerləşdirildikdən sonra vəziyyətləri ağırlaşdığı üçün Bakıya gətirilib. "Kliniki Tibbi Mərkəz”ə yerləşdirilən xəstələrdən biri, ata Ricay Mirzəyevin həyatını xilas etmək isə mümkün olmayıb. O, ötən gün xəstəxanada ölüb.






Starxeber Bizi instagramda izləyin