Qanunsuz süxur daşıyanlar cəzalandırılıb


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Salyan rayonunda  42-BO-903, Lənkəran rayonunda isə 42-BR-284 və 42-CE-650 dövlət nömrə nişanlı “Kamaz” markalı yük maşınları ilə qanunsuz süxur daşındığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı Lənkəran rayon sakinləri Sadiq Ağayev, Namiq Həsənov və Beyrək Balakişiyevin idarə etdikləri avtomobillərin yük yerində ümumilikdə 24 m3  həcmində süxurun daşındığı məlum olub. 

 “Faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.


Showxeber Bizi instagramda izləyin



Sosial 16.11.2021 100
Bütün Xəbərlər