10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
“İdeal”ın sahibi 1 milyonluq mənzili şirkətin pulu ilə almaqda ittiham edilir
Kriminal 15.11.2021 274

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


“Qafqazinfo” xəbər verir ki, iclasda İ.İsmayılovun “Şəhər Bağları” MTK-dan aldığı evlə bağlı mübahisəli məqam araşdırılıb.

İttihama görə, İlqar İsmayılov 2013-cü ildə “İdeal”ın kassasından 280 min manat götürərək özünə mənzil alıb. Məlum olub ki, İlqar İsmayılov evi Leyla Novruzovadan 1 milyon manata alıbmış.

 

Prosesdə ifadə verən şahid Elçin Zeynalov deyib ki, o, həmin evin alqı-satqı prosesində L.Novruzovanın nümayəndəsi kimi iştirak edib, lakin İlqar İsmayılovdan heç bir pul almayıb: “Leyla xanımın həyat yoldaşı Yaşar müəllimlə iş yoldaşı olmuşam. Mənə sadəcə açarı verdilər, xahiş elədilər, aparıb evi göstərim. Düzdür, o sənəddəki imza mənimdir. Amma mənə pul filan verən olmayıb. Başqa heç nə yadıma gəlmir. Heç qol çəkməyimi də xatırlamıram”.

Daha sonra “Şəhər bağları” MTK-nin komendantı Xaliq Orucov ifadə verib. Onun ifadəsi zamanı bir çox qaranlıq məqamlara aydınlıq gəlib. 

X.Orucov alqı-satqı əməliyyatında şəxsən iştirak etdiyini təsdiqləyib: “Leyla Novruzova o mənzili MTK-dan 2008-ci ildə almışdı. Sonra İlqar İsmayılova satdı. İlqar İsmayılov özü də həmin binada kirayədə qalırdı. Daha əvvəl gəlib evə baxıb bəyənmişdi, 5 otaqlı mənzil idi. Razılaşma mənim kabinetimdə olub. Leyla xanım evi 1 milyon manata satmışdı.

Birinci dəfə hər iki tərəfin nümayəndələri razılaşdılar ki, ödəniş iki dəfəyə həyata keçirilsin. Əvvəlcə 100 min ödədilər. Evin “kupça”sı olmadığı üçün tərəflər notariusa getdilər. Leyla xanım orada MTK-dəki mənzildən İlqar İsmayılovun xeyrinə imtina etdiyini təsdiqlədi. Sonra İlqar İsmayılovun adamları paketlərdə qalan 900 min manatı gətirdilər”.

Proses noyabrın 22-də davam etdiriləcək.

Qeyd edək ki, İ.İsmayılov 2013-2016-cı illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.







Starxeber Bizi instagramda izləyin