Sosial
15.11.2021
201
Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkın yaxınlığında bir nəfər dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batma təhlükəsi ilə üzləşib.
Operativ24.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.