Saakaşviliyə görə 9 deputat aclıq aksiyasına BAŞLADI

Gürcüstanda 9 deputat ölkənin eks-prezidenti Mixail Saakaşviliyə dəstək üçün aclıq aksiyasına başlayıb.

Unikal.org xəbər verir ki, onlar parlamentin Vahid Milli Hərəkat Partiyasının nümayəndələridir. Bu barədə partiyanın liderlərindən biri David Kirkitadze xüsusi brifinqdə bildirib.

Kirkitadze bildirib ki, 45 gündür aclıq aksiyası keçirən Saakaşviliyə lazımi tibbi xidmət göstərilmir.
Aclıq aksiyası keçirən millət vəkilləri eks-prezidentin mülki klinikaya köçürülməsi tələbi irəli sürüblər.

Kirkitadzedən başqa, Akaki Minaşvili, Temur Canaşiya, Baçuki Kardava, Nika Maçutadze, Giorgi Qodabrelidze, Sulxan Sibaşvili, Levan Bejaşvili və Abdulla İsmayılov da aclıq aksiyasına başlayıblar.


Showxeber Bizi instagramda izləyin



Dünya 14.11.2021 211
Bütün Xəbərlər