Sosial
13.11.2021
534
Sumqayıtda bu gün itkin düşən 13 yaşlı yeniyetmə tapılıb.
Operativ24.Az xəbər verir ki, bu barədə APA-ya itkin düşən Elcan Quliyevin atası Elmar məlumat verib.
E. Quliyev deyib ki, Səbail Rayon Polis İdarəsindən zəng edərək oğlunun Bakıda Dənizkənarı Bulvar ərazisində aşkar olunduğu bildirilib: "Hazırda uşağı təhvil almaq üçün polis idarəsinə gedirik."