Azərbaycan hərbçilərinə qumbara atan şəxsin kimliyi məlum olub.
Operativ24.Az Caliber-ə istinadla xəbər verir ki, bu gün səhər saat 7 radələrində Şuşa şəhəri yaxınlığındakı Daşaltı keçid məntəqəsində erməni terrorçu 1975-ci il təvəllüdlü Norayr Mirzoyan Azərbaycan və Rusiya hərbçilərinə qumbara atıb.
Ermənilərin terror aktı nəticəsində ən azı bir hərbçimiz yaralanıb. Xoşbəxtlikdən onun həyatına heç bir təhlükə yoxdur.
//konkret.az