10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Bakıda kişi arvadının boğazını anasının gözü qarşısında KƏSDİ - VİDEO
Kriminal 12.11.2021 362

Xəbər verdiyimiz kimi, dünən paytaxtın Pirallahı rayonunda dəhşətli qətl törədilib. 3 uşaq anası öldürülüb.


Unikal.org xəbər verir ki, Rayon Prokurorluğunun yaydığı məlumata görə qadının həyat yoldaşı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Zərərçəkmişin əri, 29 yaşlı Əsgər Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 24 yaşlı Ayşən Rəhimovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, qətl Ayşən Rəhimovanın anası Sevinc Rəhimovanın gözləri qarşısında baş verib. Qadının iddiasına görə, ər-arvad arasında mübahisələr olduğundan son dövrlər uşaqlardan biri atasının yanında, digər ikisi isə anası ilə birlikdə qalırmış. Sevinc Rəhimovanın sözlərinə görə, ötən gün Əsgər Musayev həyat yoldaşına zəng vuraraq bildirib ki, gəlib digər uşağı da özü ilə aparsın. Bundan sonra Ayşən anası ilə birlikdə Əsgərin yanına gedib. 

Sevinc Rəhimova onu da iddia edir ki, uşağı götürdükdən sonra taksiyə minib geri qayıdarkən Əsgər onlara tərəf gələrək həyat yoldaşını əvvəlcə əli ilə vurmağa başlayıb. Bundan sonra isə Ayşən Rəhimova avtomobildən düşərək qaçmağa çalışarkən Ə.Musayev onun boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Hadisədən sonra Ayşən Rəhimova rayon xəstəxanasına aparılsa da, xeyli qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

Əsgər Musayevin valideynləri iddia edirlər ki, son 3 il ərzində ailə daxilində tez-tez mübahisələr olub.









Starxeber Bizi instagramda izləyin