10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Ermənilər Qarabağda yeni müharibəyə hazırlaşır - ŞOK FAKTLAR ÜZƏ ÇIXDI
Siyasət 11.11.2021 473

Qarabağda separatçı-terrorçular yeni müharibəyə hazırlaşır. Baş separatçı Araik Arutyunyanının dünən “proqram” xarakterli çıxışı bunu təsdiqləyir.


Separatçıların başçısı deyir ki, “silahlar haqqında qanuna dəyişikliklərlə silah əldə etmək imkanları genişləndiriləcək”. Bununla bağlı qondarma “qanun layihəsi” mart ayında irəli sürülüb.

Məsələ Qarabağdakı erməni mülki əhalinin də silahlanmasından ibarətdir. Bu, bir neçə məsələni ön plana çıxarır:

1. Separatçılar gələcək toqquşmalara hazırlaşır: burada həm mümkün anti-terror əməliyyatlarına qarşı “müdafiə olunmaq”, həm də iddia etdikləri keçmiş “DQMV”-nin “ərazisini” bərpa etmək niyyətləri də var;

2. Separatçılar Qarabağdakı mülki erməniləri də terrorçuya çevirir və onların nə vaxtsa Azərbaycan vətəndaşlığını qəbul etməsi imkanlarını sıradan çıxarır: mülki ermənilər silah tuşladıqları ölkənin vətəndaşı olmadan çəkinəcəklər;

3. Separatçılarda silahların sayı mülki əhaliyə də paylayacaq qədərdir: 44 günlük müharibədən sonra bu qədər silahın olması təsadüfi deyil və bu, Laçın dəhlizindən kiçikçaplı silahların Qarabağa daşındığı, dəhlizdən zaman-zaman erməni dəstələrinin keçidinə icazə verən rus sülhməramlılarının mülki avtomobillərin yük yerində kiçikçaplı silahların keçirilməsinə şərait yaratdığı fikrini önə çıxarır;

 

4. Separatçılar Azərbaycana qarşı mülki əhalidən ibarət “könüllü dəstələr” formalaşdırır;

Və ən vacib məsələ Laçın dəhlizindən silah-sursat daşınmasıdır. İstisna deyil ki, yüklər dəhlizə vizual nəzarət edən Azərbaycan hərbçilərinin görə bilməyəcəyi kiçikçaplı silahlar, o cümlədən, artilleriya mərmiləri və s. ibarətdir.

Araik onu da qeyd edir ki, “cəbhə xəttinin möhkəmləndirilməsi, funksiyalarının lazımi şəkildə yerinə yetirilməsi üçün xeyli iş görülüb”.

Baş separatçı açıq şəkildə etiraf edir ki, Azərbaycan Ordusuna qarşı cəbhə xətt formalaşdırıblar və rus sülhməramlılarının dayandığı mövqelərlə yanaşı, erməni terrorçuların da postları var. Qarabağa qanunsuz səfər edən Ermənistan müdafiə naziri Arşak Karapetyan da terrorçuların qurduğu postlarda olub.

Və görünən budur ki, müharibənin başa çatmasından bir il sonra Qarabağda separatizm yenidən güc toplayır.


Publika.az






Starxeber Bizi instagramda izləyin