Bakıda “TikTok” paylaşımına görə qətl törədildi

Noyabrın 9-u saat 17 radələrində şəhər sakini, 1991-ci il təvəllüdlü Natiq Ramazanov aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölüb.


Prokurorluqdan verilən məlumata görə, Natiq Ramazanov “TikTok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini, 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb, bu zaman aralarında baş vermiş mübahisə zamanı sonuncu Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirib və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.



Showxeber Bizi instagramda izləyin



Kriminal 10.11.2021 557
Bütün Xəbərlər