SON DƏQİQƏ! Ermənilər yol çəkən texnikalarımızı ATƏŞƏ TUTDU

Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Operativ24.Az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.


Showxeber Bizi instagramda izləyin



Qarabağ 9.11.2021 270
Bütün Xəbərlər